Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Diplom lazımsız bir şeydir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Diplom lazımsız bir şeydir"

Elon Musk şirkətinə işçi qəbul edrkən nələrə diqqət edir?

 

"Tesla" və "Spacex" ilə dünyanı dəyişdirməyə davam edən Elon Musk ilə işləmək bir çox insanın xəyalıdır. Ancaq onunla işləmək eyni zamanda fədakarlıq və istedad tələb edir. 

 

“Marja” xəbər verir ki, Elon Muskın birini işə götürməzdən əvvəl ilk bilmək istədiyi şey  onunhəyat hekayələridir. Yəni, həyatında baş vermiş çətinliklərdən ona danışmaq lazımdır. O, insanların həyatlarını davam etdirmək üçün verdikləri çətin qərarların və qarşılaşdıqları problemlərə tapdıqları  həll yollarının şəxsiyyətlərini əks etdirdiyinə və iş həyatında da eyni dərcədə çətinliklərlə sinə gələ biləcəyinə inanır.

 

O bir müsahibəsində, əvvəldən insanları qabiliyyətlərinə görə işə götürdüyünü, ancaq sonradan namizədin yaxşı bir insan olub-olmadığının daha əhəmiyyətli olduğunu anladığını bildirib.

 

Eyni zamanda, namizədin komanda işinə meylli olması mühümdür. Şirkətdə onsuz da bir çox adam birlikdə intensiv iş stressi altında işləyir. Bu əlavə olaraq, bir-birilərini stressə salan insanlar istəmir.

 

O, fizika və iqtisadiyyat üzrə məzun olsa da, Elon Musk üçün diplomunun heç bir əhəmiyyəti yoxdur. Bir çıxışında Bill Gates, Stiv Jobs və Larri Peyc kimi məşhur sahibkarların diplomları olmadığını, amma əlindən gəlsə onları heç düşünmədən işə götürəcəyini və bu səbəbdən diplomun  lazımsız bir şey olduğunu düşündüyünü deyib.

 

Hansı vəzifə üçün olursa olsun, işinizdə ən yaxşı olmağınız əhəmiyyətlidir. “Spacex” şirkətində yeməkxana açarkən belə müavinlərindən ən yaxşı kadrı tapmalarını istəmiş.

 

Ən önəmli meyar onunla eyni fikiri bölüşməkdir. Elon Musk hər layihəsi ilə dünyanı dəyişdirən bir sahibkardır və əgər əməkdaşları onunla eyni fikirdə deyilsə fərq yaratmağın mümkün olmadığını düşünür.

 

Həyatının böyük bir hissəsini işə ayırmaq da mühüm bir meyardır. Həftədə orta hesabla 100 saat çalışan Musk, əməkdaşlarından da eyni fədakarlığı gözləyir.

 

Dünyada görünməmiş fərqli işlər görən biriylə çalışırsınızsa, yaradıcı olmaq mühüm bir amildir. Həm problemlərə fərqli həll etmək, həm də yeni məhsullar ortaya qoymaq üçün yaradıcılıq çox vacibdir.

 

Elon Musk çox asan qane olan bir müdir deyil. Yəni təzyiq altında və qısa müddətdə böyük işlər görmək onun üçün mühümdür.

 

Elon Muskın ən mühüm xüsusiyyətlərindən biri də heç vaxt məğlubiyyəti qəbul etməməsidir. Əməkdaşlarından da eyni davranışı gözləyir və problemlərə həllini tapana qədər vaz keçməmələrini istəyir.

25.08.2017 10:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ