ABŞ-da neft hasilatı yenidən artıb
ABŞ-da həftəlik xam neft ehtiyatları 7,1 milyon barel azalıb.
"Marja" ABŞ Enerji İnformasiya İdarəsinə (EIA) istinadən xəbər verir ki, ölkədə kommersiya xam neft ehtiyatları bir əvvəlki həftə ilə müqayisədə ötən həftə 7,1 milyon barrel (1,5 faiz) azalaraq 479 milyon barrelə geriləyib. Bazar gözləntisi ehtiyatların 2,1 milyon barrel aşağı düşməsi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 0,6 milyon barrel artmışdı.
ABŞ-da strateji neft ehtiyatları dəyişməyib və sözügedən həftədə 695,1 milyon barreldə qalıb.
Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 4 min barel artımla 8,77 milyon barelə yüksəlib.
Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 984 min barel azalaraq 7,18 milyon barelə enib.
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftədə 8,3 milyon barel (3,7 faiz) artaraq 235,5 milyon barel olub. Bazar gözləntisi 1,7 milyon barel artım olması istiqamətində. Benzin ehtiyatları əvvəlki həftə 1,6 milyon barel azalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
5 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
5 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
6 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
6 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
7 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 7 saat əvvəl
- 7 saat əvvəl