Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Neft 60 dolları keçsə, manatın kəskin ucuzlaşması olmayacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neft 60 dolları keçsə, manatın kəskin ucuzlaşması olmayacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bunu qtisadçı ekspert Samir Əliyev bildirib.

 

 "Dünyada neftin qiyməti bahalaşdıqca, milli valyutalar da bahalaşır. Bu, bir çox ölkələrdə belədir. Azərbaycanda isə bu baş vermir. Bunun da səbəbi hələ ki, Azərbaycanda manatın öz bazar dəyərini almamasıdır. Manatın məzənnəsi süni sürətdə saxlanılır. Ona görə də proses manatın ucuzlaşması istiqamətində davam edir. Hesab edirəm ki, ucuzlaşma davam edəcək. Sadəcə olaraq müzakirə mövzusu bu ucuzlaşmanın kəskin, yoxsa yumşaq olmasıdır. Mərkəzi Bankın davranışı onu göstərir ki, proses yumşaq ucuzlaşma istiqamətində gedəcək”.

 

İqtisadçı hesab edir ki, neftin qiyməti 60 dolları keçsə, bu hökumətə gəlirlərin artması hesabına manatı kəskin ucuzlaşmadan qorumağa imkan verəcək: "Azərbaycanın bu günkü iqtisadi vəziyyəti manatın məzənnəsini saxlamağa imkan vermir. Manatı sabit saxlasalar, sonda məcbur olub kəskin devalvasiyaya gedəcəklər. Ona görə də mütləq şəkildə yumşaq devalvasiya olmalıdır”.

 

İqtisadçı onu da qeyd edib ki, bundan sonrakı hər bir hərrac yeni bir rekord göstərici olacaq.

 

Xatırladaq ki, Dünən Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu gün Brent neftinin barelinin qiyməti 57 dollara yaxındır.

 

© Bakipost

06.01.2017 06:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ