Atena-dan paylaşılan postla bağlı açıqlama
Atena şirkətinin Facebook və Instagram səhifələrində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış yerli komanda ilə bağlı paylaşılan post “Real Time Marketing” addımıdır.
"Marja" xəbər verir ki, bu markanın Facebook səhifəsində yerləşdirilmiş açıqlamada deyilir.
"Bu paylaşıma müxtəlif xoşagəlməz don geyindirilməsini doğru hesab etmirik. Bəzi media qurumlarının paylaşdıqlarında şəkilə kənar dizayn elementlərinin əlavə edilməsinin də yolverilməz olduğunu düşünürük. Atena şirkəti olaraq biz də ölkəmizi təmsil edən klubun qələbəsinə sevinirik. Bu postun sosial şəbəkələrdə paylaşılmasında məqsəd, həmin komandanı fərqli üslubda təbrik etmək olub.
Ümumiyyətlə bu tipdə paylaşımlar “guerilla marketing” xüsusiyyətinə sahib olub, insanlarda xoş əhval yaratmaq məqsədi daşıyır.
Biz bir daha bildirmək istəyirik ki, bu paylaşım hər hansı bir şəxsə və ya korporativ maraqlara xələl gətirmək məqsədi daşımır. Bir daha həmin klubu təbrik edir, yeni uğurlara imza atmalarını arzulayırıq",- açıqlamada bildirilir.
Qeyd edə ki,“Atena”nın "Südüm sizə halal olsun" şüarının yazıldığı və Ağdam klubunun loqosunun əks olunduğu fotosu müzakirələrə səbəb olub.
Ətraflı:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
1 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 1 saat əvvəl
-
2 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 2 saat əvvəl
-
4 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
5 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir