Fed/Williams: 2017-də 3 dəfə faiz artırmaq çox məqbuldur

ABŞ Mərkəzi Bankı Fed-in San-Fransisko şöbəsinin sədri John Williams, işsizliyin düşdüyü və inflyasiyanın yavaş bir şəkildə yüksəldiyi bir dövrdə, bu il üç dəfə faiz artırmağın məqsədəuyğun olacağını deyib.


 
 Williams, CNBC televiziyasına verdiyi müsahibəsində, "İş yoldaşlarımın da üç dəfə faiz artırmaq haqqında fikirdə olmaları da, bunun çox ağlabatan bir fikir olduğunu göstərir" - deyib.


 

Prezident seçilmiş Donald Trump, 20 Yanvarda vəzifəsinə başladıqdan sonra, vergi güzəştləri tətbiq edəcəyini və infrastruktur xərclərini artıracağı sözünü verib. Bu vəziyyət, daha sürətli inflyasiyaya və daha sürətli faiz artırımlarına yol aça bilər.


  
Williams, "Maliyyə və digər siyasət haqqında bütün bu məsələlər, çox yaxından izləməli və təhlil etməyimiz lazım olan şeylərdir. Nə olacağını da dəqiq bilmirik. Konqresin qüvvəyə minmədən öncə  bu siyasət təklifləri barədə razılığa gəlməsi aylar ala bilər" şəklində bildirib.

6 Yanvar 2017, 10:23   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]