Yanğın davam edir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gedib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.
Yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur.
Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.
Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb.
Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.
Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 38 d. əvvəl
-
1 saat əvvəl
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unibank biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır
-
4 saat əvvəl
Bank təsərrüfat mallarının təchizatı ilə əlaqədar tender elan edir
-
4 saat əvvəl
İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 milyon manata çatıb
- 4 saat əvvəl
- 4 saat əvvəl