Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

4 arı ailəsilə biznesə başladı, indi istehsalı düşünür - Qadın fermer

iç səhifə xəbər başlığı altı (mobil)_31
4 arı ailəsilə biznesə başladı, indi istehsalı düşünür - Qadın fermer
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Salyan rayonunda təsərrüfatn müxtəlif sahələri ilə yanaşı arıçılığın inkişafına da xüsusi diqqət yetirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məşğulluq proqramından faydalanaraq öz fərdi təsərrüfatlarını yaradan fermerlərdən biri də Pənahovlar ailəsidir. Onların da əsas hədəfi arı ailələrinin sayını artırmaqdır.

Reklam_3_11


 
Salyan rayonunun Arbatan kəndində ilk dəfə olaraq öz fərdi arıçılıq təsərrüfatını yaradan qadın fermerlərdən biri də Reyhan Pənahovadır. Arıçılığın olduqca maraqlı və gəlirli sahə olduğunu deyən Reyhan xanım ilk fəailiyyətinə 4 arı ailəsi saxlamaqla başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan məşğulluq proqramında iştirak etmək üçün Salyan Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Lahiyənin tələblərinə uyğun olaraq Reyhan Pənahova 2 ay müdətində Bakı şəhərində keçirilən kurslarda iştirak edir və sonda yaşadığı ünvanda arıçılığın inkişafı ilə bağlı əsaslandırılmış biznes plan təqdim edir və layihə dəyərləndirilir. 

 

Arı ailələrinin müxtəlif zərərvericilərdən qorumaq üçün lazımı vasitələrin alınmasında isə Pənahovlar ailəsinə rayonda fəailiyyət göstərən Kənd Təsərüfatı İdarəsinin mütəxəssisləri yardımçı olur. Təsəarüfatının yaxın zamanlarda 50 arı ailəsinə qədər inkişaf etdirməyi planlaşdıran Reyhan xanım ona məxus pay torpağında xüsusi arıçılıq təsərüfatını yaradacağını düşünür. 


O, yaradılacaq təsərrüfatda təkcə bal istehsalı ilə kifayətlənməyəcəyini, eyni zamanda müxtəlif arıçılıq məhsullarının – vərəmum, arı südü, güləm kimi məhsullarının istehsalını da planlaşdırır. Arıçı fermer təsərrüfatının inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli fonduna müraciət etmək üçün lazım olan sənədlərin toplanmasına başlayıb.

28.08.2017 10:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ