Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi hazırlanıb - 89 milyonluq proqnoz

iç səhifə xəbər başlığı altı (mobil)_31
İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi hazırlanıb - 89 milyonluq proqnoz

“İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir.


 
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov bildirib.

Reklam_3_11


 
Onun sözlərinə görə, sözügedən qanunun praktiki işləmə mexanizmi üçün həmin fərmanla 6 müxtəlif qaydanın hazırlanaraq təsdiq edilməsi ilə bağlı tapşırıqlar verilib:

 

“Bəzi qaydalar Nazirlər Kabinetinin qərarı şəklində, bəzilərinin isə nazirliyinin kollegiya qərarı kimi təsdiq olunaraq normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində Normativ Hüquqi Aktlar Reyestrinə daxil edilməsi ilə bağlı tapşırıqlar verilib. Eləcə də, 3 qanuna “Sosial sığorta haqqında”, “İnzibati icraat haqqında” və  “Məşğulluq Haqqında” qanunlara müvafiq dəyişikliklər olunmalıdır. Hazırda tərəfimizdən bu qanunların layihələri hazırlanır və tezliklə yekunlaşaraq təsdiq ediləcək. Qanunlara ediləcək dəyişikliklər müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə, daha sonra isə Prezident Administrasiyasına təqdim olunacaq. Hazırda bu proses gedir və yanvar ayının 1-nə qədər bunların hamısı bitəcək”.


 
Nazir bildirib ki, artıq nazirlik İşsizlikdən Sığorta Fondunun büdcə layihəsini də tərtibi prosesini yekunlaşdırıb. Onun sözlərinə görə, həmin layihədə ilkin hesablamalara görə 2018-ci il ərzində təqribən 89 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur:

 

“Ondan 36 milyon manata yaxın vəsaitin, yəni hazırda istifadə olunan vəsaitdən 6 dəfə çox məbləğin özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi nəzərdə tutulur. Bu isə onu göstərir ki, bu layihənin reallaşdırılması yolu ilə təqribən hazırda özünüməşğulluq proqramına cəlb edilənlərdən 6 dəfə çox ailənin, yəni təqribən 8000-8500 ailənin bu proqrama cəlb ediləcəyini göstərir. Ümumilikdə hər il 5-10 minə yaxın ailə bu prosesə cəlb olunacaq”.

28.08.2017 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ