Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Caspian European Club”un İdarə Heyətinə seçkilər keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Caspian European Club”un İdarə Heyətinə seçkilər keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Caspian European Club” və “Caspian American Club”un İdarə Heyətinə seçkilər 2017-ci il sentyabrın 20-də keçiriləcək.

 

Reklam_3_11

 

Bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda səsvermənin fəal mərhələsi keçirilir. T.Əliyev qeyd edib ki, seçkilərdən əvvəl 2017-ci il mayın 17-dən sentyabrın 20-dək ilkin səsvermə təşkil olunacaq.

 

 

 

Qeydiyyatdan keçmiş hər bir istifadəçi http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytı vasitəsilə biznesin maraqlarını layiqincə təmsil edəcəyinə, dövlət qurumlarının nümayəndələrinə problemləri və sahibkarlara təklifləri çatdıracağına, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına nail olacağına inandığı namizədə səs verə bilər. Əsas seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün namizədin 1000-dən çox səs toplaması mütləqdir.

 

Telman Əliyev qeyd edib ki, sentyabrın 20-də onlar tərəfindən təşkil olunacaq Caspian Energy Transport & ICT Forum çərçivəsində Caspian European Club-un üzvləri ilkin səsverməni keçmiş namizədlər arasından İdarə heyətinin üzvlərini seçə bilərlər. “Seçkilərin nəticəsi elə həmin gün ənənəvi CEO Lunch-da elan ediləcək”, - deyə o bildirib.

 

 

Onun sözlərinə görə, seçkilər hər il İdarə Heyətinin yeni tərkibini seçmək məqsədilə təşkil olunur. Namizədlər şirkət rəhbərləri, sahə klublarının prezidentləri, Caspian European Club və Caspian American Club-un komitə rəhbərləri arasından seçiləcək. Telman Əliyev bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib.

 

 

O əlavə edib ki, Klubun tərkibində Caspian European Club və Caspian American Club-un İdarə Heyətinin cəmi 12 üzvü yer ala bilər. Əvvəlki seçkilər ötən il iyunun 13-dən sentyabrın 13-dək keçirilib. 2016-cı il oktyabrın 5-də isə İdarə Heyətinin yeni tərkibinin birinci iclası təşkil olunub.

 

 

Telman Əliyev qeyd edib ki, www.caspianenergy.tv  saytında Caspian European Club və Caspian American Club-un İdarə Heyətinə namizədlərin  video müraciətləri yerləşdirilib.

 

 

"Tərəfimizdən ilkin internet səsverməsi prosesinə bir neçə qanunsuz müdaxilə cəhdinin qarşısı alınıb. Səsvermənin nəticəsini dəyişməyə yönəlmiş istənilən cəhd obyektiv səsverməyə riayət məqsədilə müxtəlif İKT şirkətlərindən cəlb edilmiş İT mütəxəssislər qrupu tərəfindən zərərsizləşdiriləcək", - deyə Telman Əliyev çıxışına yekun vurub.

 

 

Əlavə məlumat üçün:

 

 

E-mail: [email protected][email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org;

www.caspianenergyforum.com;

28.08.2017 13:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ