Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim təşkil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb.

 

Reklam_3_11

Təlimlərin mövzuları seçilərkən Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən komandaların istək və ehtiyacları nəzərə alınıb. “Biznes planın qurulması” adlanan ilk təlimdə düzgün tərtib olunmuş biznes planının startapın uğur qazanmasında rolu, onun strukturu, hazırlanması, tətbiqi və qiymətləndirolməsi prosesi haqqında danışılıb. Təlimin sonunda Applab iştirakçıları üzərində çalışdıqları layihələrin ilk biznes planlarını qurublar.

 

“İştirak etdiyim bu ilk təlim sayəsində məhsulun satışa çıxarılması və investorlarla əlaqələrin qurulmasının müxtəlif üsulları barədə ətraflı məlumat əldə etmişəm. Bundan əlavə, bu təlim biznes planın hazırlanması və biznes planın istənilən startap üçün nə dərəcədə əhəmiyyətli olmasını əyani şəkildə sübut etdi”, – deyə “BuilDay” adlı tətbiqetmənin təsisçisi Sadıq Hüseynov bildirib.

 

Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən 7 layihənin komanda üzvləri bundan sonra aşağıdakı mövzularda keçirilən təlimlərdə iştirak etməklə öz bacarıqlarını artıracaq:

 

1. Piçinq üzrə master klass

2. “Blockchain”-ə giriş üzrə intensiv təlim

3. İnvestorlarla Əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim

4. Biznes Planın Hazırlanması üzrə intensiv təlim

5. Layihələrin İdarə Olunmasının Əsasları üzrə təlim

 

Hər bir təlim əsas nəzəri hissə və praktiki hissədən (“case study”) ibarət olacaq. Ümumilikdə, təlimlərin müddəti 25 saatdır. 3 ay davam edəcək təlimlərdə “Applab” tərəfindən dəstəklənən komandalar düzgün biznes planın yazılması, layihələrin idarə olunması, investorlar qarşısında çıxış və əlaqələrin qurulması üzrə lazımi bilik və bacarıqlar əldə edəcək.

 

Təlimlər ölkə daxilində təlim, qiymətləndirmə və konsaltinq xidməti göstərən aparıcı şirkətlərdən olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.

 

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot versiyadan hazır məhsul halına gətirilməsi üçün seçilmiş developerlərə kömək etmək məqsədilə yaradılmış sürətləndirilmiş icra modelidir.

28.08.2017 14:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ