Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Bu mühüm hadisə bank sektorunun inkişafına xüsusi təkan verəcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu mühüm hadisə bank sektorunun inkişafına xüsusi təkan verəcək"

“AtaBank artıq 25 ildir ki, bank sektorunda fəaliyyət göstərir və bu illər ərzində kifayət qədər ilklərə imza atıb. Əsasən bank kartları sahəsində bir çox yeniliklər ölkəmizdə ilk dəfə məhz AtaBank tərəfindən tətbiq olunub”.

 

Reklam_3_11

Marja” xəbər verir ki, bunu Bakıda “AtaBank” və “UnionPay” arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına həsr olunuş tədbirdə Bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib.

 

O qeyd edib ki, azırda “AtaBank”  Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəni, 81 ATM və 18,000 POS - terminalı əhatə edən xidmət şəbəkəsi fəaliyyət göstərir:

 

“Artıq uzun illərdir ki, 100 faiz yerli kapitala malik olan AtaBank bütün korporativ və fərdi müştərilərinə müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və sənədli əməliyyatlar kimi xidmətləri təklif edir.

 

Bankımızın müştəri bazasına yalnız Azərbaycanın deyil, ümumilikdə regionun iri şirkətləri daxildir. Bundan əlavə, AtaBank iqtisadiyyatın əksər sahələrində, sənaye, turizm, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi müxtəlif sektorlardakı şirkət və təşkilatların kreditləşdirilməsini həyata keçirir.

 

“AtaBank” göstəricilərinə görə Azərbaycanın lider banklarından biridir. Bank 144.7 mln. cəmi kapitalı ilə ölkə bankları arasında 4-cü mövqeyi tutur. Bank aktivləri əvvəlki illə müqayisədə 30.4% artaraq 609.9 mln. manat təşkil edir və bu göstərici üzrə AtaBank ölkənin 31 bankı arasında 9-cu yerdədir. Fiziki şəxslərin müddətli əmanətləri 225,4 mln. manat təşkil edir ki, bunun sayəsində AtaBank ölkə bankları arasında 6-cı mövqeyi tutur.

 

Dəyanət Quliyev qeyd edib ki, bu gün AtaBank daha bir yeniliyə imza ataraq dünyanın aparıcı ödəniş sistemlərindən biri olan "UnionPay International" şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayır:

 

“Güman edirəm ki, bu mühüm hadisə ölkəmizin bank sektorunun inkişafına xüsusi təkan verəcək.

 

Qeyd etmək istərdim ki, 2002-ci ilin mart ayında Çin Dövlət Şurası və "Çin Xalq Bank"ı tərəfindən təsis edilmiş "UnionPay İnternational" şirkəti emissiya etdiyi kartların sayına görə hal-hazırda dünyada birinci, kartlar üzrə dövriyyəyə görə isə ikinci yerdədir. UnionPay dünyanın 162 ölkəsində xidmət göstərir və ümumilikdə 5 milyarda yaxın kart emissiya edib.

 

Bildiyiniz kimi, Mərkəzi və Şərqi Asiyada böyük bir dövlət olan Çin, tarixin bütün mərhələlərində dünyada öz yeri, mövqeyi və təsiri olan ölkə kimi hər zaman diqqəti cəlb etmişdir. Çindən məsafəcə uzaqda yerləşən Azərbaycan arasında münasibətlərin təşəkkülü qədim tarixi köklərə malikdir. Tarix boyu Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Şərqi Asiya ölkələri ilə ticarət, iqtisadi və mədəni sahədə əlaqələrin yaradılmasına geniş imkanlar açmışdır”.

 

Müasir dövrümüzdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır.

 

2016-cı ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi təqribən 1 mlrd. ABŞ dolları olub. Çin Azərbaycanın ticarət tərəfdaşları sırasında ticarət dövriyyəsinə görə 5-ci, ixracda 10-cu, idxalda isə 3-cü ölkədir. Ötən il Azərbaycandan Çinə ixracının həcmi 5,1 dəfə artaraq 272 mln. ABŞ dolları, idxal isə 38% artaraq 704 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin ilk 6 ayında da artım dinamikası davam edib və ölkələrimiz arasında ticarət dövriyyəsi 2,3 dəfə artaraq 395,6 mln. ABŞ dolları təşkil edib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdə Çin Xalq Respublikası ilə münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır və öz növbəsində Azərbaycanın Çinlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, Azərbaycan rəhbərliyinin Çinin işgüzar dairələrinin ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına köməklik göstərəcəyini qeyd edib.

 

“Biz də AtaBank olaraq öz növbəmizdə bu ikitərəfli münasibətlərin daha da inkişaf etməsi istiqamətində çalışırıq və xüsusi ilə qeyd etmək istərdim ki, bu gün Azərbaycan bankları arasında POS-terminal şəbəkəsində lider olan AtaBank , emissiya etdiyi kartların sayına görə dünya lideri olan "UnionPay İnternational" şirkəti ilə əməkdaşlıqdan qürur duyur. Tərəfdaşlıq çərçivəsində bu gündən etibarən "UnionPay İnternational" kartlarının sahibləri AtaBank-ın bankomat və POS-terminallarında istənilən kart əməliyyatlarını həyata keçirə biləcəklər”,- Dəyanət Quliyev bildirib.

28.08.2017 15:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ