Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycana 1000-dən çox hotel lazımdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana 1000-dən çox hotel lazımdır

Azərbaycanda turizm sahəsi üçün müxtəlif tipli və dərəcəli 1000-dən çox hotel lazımdır.

 

Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.

 

O hesab edir ki, Azərbaycanın turizm sektoruna yeni bazarların yol açması üçün ölkədə yeni hotellər inşa edilməlidir.

 

Hazırda Azərbaycanda 575 hotelin olduğunu deyən M.Ağakərimovun sözlərinə görə, bu göstərici ölkəmiz üçün həddindən artıq azdır:

 

"Azərbaycana daha çox sayda turistlərin cəlb edilməsinin vacibliyi qeyd olunur. Lakin o da xüsusi qeyd edilməlidir ki, hotellərin sayı çox azdır. Bakıda təxminən 155 hotel var. Bu da çox aşağı göstəricidir. Azərbaycanda elə hotellər var ki, onun cəmi 7-10 nömrəsi var”.

 

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana 956 min nəfər turist gəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 768 min nəfər olub.

 

© Trend

29.08.2017 05:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ