Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Danimarka şirkəti Azərbaycanda rəsmi tərəfdaşlıq müqaviləsi imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Danimarka şirkəti Azərbaycanda rəsmi tərəfdaşlıq müqaviləsi imzaladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qoruyucu boya bazarının lideri Azərbaycan bazarına daxil oldu


 

Azərbaycanda inşaat və sənaye sektorunun aparıcı tədarükçülərindən biri olan “Universal Pro” MMC, dünyada məşhur, qoruyucu boya bazarının lideri Danimarkanın “Hempel” şirkəti ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu barədə “Marja”ya MMC-dən bildirilib.

 

1915-ci ildə Danimarkanin Kopenhaqen şəhərində gəmi boyaları istehsalı ilə başlayan Jørgen Christian Hempel, 1917-ci ildə tədris mərkəzləri ilə yeni texnologiyaların yaradılması üzrə razılaşma əldə edir və bununa da şirkətin təməli qoyulmuş olur.

 

Hal hazırda şirkət dünyanın 80 ölkəsində istehsalat və elmi tədqiqat mərkəzləri ilə fəaliyyət göstərir.

 

Gəmi, sənaye, dekorativ və konteyner boyaları da daxil olmaqla müxtəlif qoruyucu boya növləri istehsal edən şirkət, Azərbaycan bazarında inkişaf etməkdə olan gəmiqayırma və sənaye sahəsindəki fəaliyyətlərini artıq “Universal Pro” MMC ilə davam edəcək.

 

Qeyd edək ki, “Universal Pro” MMC 1998-ci ildən başlayaraq İnşaat, Sənaye və Neft-Qaz sahəsində ciddi tədarük portfelinə sahib olmaqla yanaşı, “Bosch”, “Magmaweld”, “Norton”, “Force”, “Beta”, “Klingspor”, “Çağsan”, “Neftlif” kimi qlobal şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəlik fəaliyyətini həyata keçirir.

 

Şirkət, əsasən B2B (korporativ) formatında xidmət göstərir. Lakin, 2 min kvm sahəsi olan “Showroom” tipli mağazası bütün portfelin həm nümayiş etdirilməsinə, həm də fiziki şəxslərə satış edilməsinə imkan verir.

 

Ünvan: Ziya Bünyadov 2075, Nərimanov r-nu. (Baku Steel Company ilə üzbəüz)
Tel: +994 51 555 0 555

012 447 00 44

 

http://www.universal-az.com

https://www.facebook.com/universalprollc

30.08.2017 07:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ