Ən yuxarı statik reklam_3

Apteklərin sayı çoxdur? – nazirdən cavab

iç səhifə xəbər başlığı altı (mobil)_31
Apteklərin sayı çoxdur? –  nazirdən cavab
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən aptek təşkilatlarının sayı 22-dir ki, bu da İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə orta göstəriciyə (25) uyğundur.

 

“Marja” xəbər verir ki, bunu iqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişaf etdirilməsi barədə sualları cavablandırarkən bildirib.

 

“Hazırda əczaçılıq fəaliyyəti sahəsi (dərman vasitələrinin topdan və pərakəndə satışı, istehsalı) üzrə qüvvədə olan lisenziyaların sayı 2257-dir. Ölkəmizə dərman vasitələrinin idxalı 50-yə yaxın fəal idxalçı tərəfindən həyata keçirilir.

 

İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı tarixdən ötən ilin sonuna kimi sahibkarlara 3382 lisenziya verilib ki, bunun da 1788-i yeni verilmiş, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilmiş lisenziyalardır.

 

Qeyd edilən dövr ərzində əczaçılıq fəaliyyəti sahəsində 979 lisenziya verilib və bunun da 418-i yeni verilib, 561-i isə müddətsiz lisenziya ilə əvəz edilib. Həmçinin dərman vasitələrinin istehsalına 2-si yeni, 2-si isə müddətsiz ilə əvəz edilmiş olmaqla 4 lisenziya verilib” ,- nazir əlavə edib.

 

Hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2250 manat, topdansatışına lisenziya verilməsi üçün 2250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün isə dövlət rüsumu 1000 manatdır.

06.01.2017 08:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ