AFFA “Qarabağ”ı cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.  Yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub.


 
“Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.


 
“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.


 
“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Ağdam klubu 1600 manat cərimələnib.

29 Avqust 2017 , 12:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin