Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Gazelli Group" nəhəng elektron ticarət portalı ilə ilk sifarişini alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gazelli Group" nəhəng elektron ticarət portalı ilə ilk sifarişini alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azexport.az portalı Azərbaycan məhsullarının ixracına start verib. Portalın beynəlxalq internet ticarəti mərkəzi olan "All.biz"lə əməkdaşlığı artıq öz töhfəsini verib.

 

Reklam_3_11

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan "Gazelli Group" şirkəti nəhəng elektron ticarət portalı vasitəsilə ilk sifarişini alıb. Sifariş Rusiyadan gəlib. Belə ki, "Gazelli Group" şirkətinin "Buta" brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlar üçün də əlçatan olacaq.

 

“Sifariş Rusiyadan gəlib. Bir sözlə Buta brendinin heyva ekstraktlı şampunları artıq rusiyalı xanımlarının da saçlarına qulluq edəcək”,- "Gazelli Group"dan bildirilib.

 

Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir.

06.01.2017 08:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ