Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Heydər Əliyev Beynəlxalq Aeroportu texnologiyasını gücləndirir - YENİ SAZİŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Heydər Əliyev Beynəlxalq Aeroportu texnologiyasını gücləndirir - YENİ SAZİŞ

Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi hər il stabil artmağa davam edir. Təkcə cari ilin ilk yeddi ayı ərzində aeroport 2016-ci ilin eyni dövrü ilə müqayisədə 30% daha çox sərnişinə xidmət göstərmişdir. Beləliklə, aeroport yaxın zamanda regionda əsas hablardan biri olmaq kimi özünün əsas məqsədinə çatır.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, fəaliyyətini maneəsiz genişləndirmək və sərnişinlərə fasiləsiz xidmət göstərilməsini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu “Amadeus” şirkəti ilə birgə bulud texnologiyası üzrə aerport idarəetmə sisteminə əsaslanan ilk tam avtomatlaşdırılmış həlli təqdim etmişdir.

 

Sözü gedən bulud texnologiyası həlli çərçivəsində təqdim olunan xidmətlərə baqajın idarəolunması sistemi, hava limanının əməliyyat məlumat bazası, uçuş məlumatlarının təsviri sistemi və digərləri daxildir.

 

“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov və “Amadeus” şirkətinin yeni biznes layihələr üzrə Baş vitse-prezidenti Fransisko Perez-Lozao əməkdaşlıq haqqında müvafiq razılıq əldə etmişdirlər.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunda iki sərnişin terminalı mövcuddur və illik 9 milyon sərnişinə xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün müasir aviasiya və texnoloji tələblərə uyğun tikilən yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.

 

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

 

29.08.2017 12:40

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ