Mobil manşet üstü reklam_21

“Bir Pəncərə” Qətərə ixrac üçün mənşə sertifikatı verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bir Pəncərə” Qətərə ixrac üçün mənşə sertifikatı verib

“Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Qətər Əmirliyinə kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı mənşə sertifikatı alıb. Bu məhsulların sırasına kartof, soğan, çuğundur, yerkökü, gül kələmi, kələm, xiyar, badımcan, sarımsaq, limon və pomidor daxildir.

 

Reklam_3_11

“Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC-nin təmsilçisi Nicat Rəhimli bildirib ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixrac prosedurları ilə bağlı sənədlərin toplanması operativ və səmərəli şəkildə mümkün olur. O əlavə edib ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) bundan sonra da ixrac prosedurlarını “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, “Ərzaq Məhsullarının Tədarükü və Təhcizatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) buna qədər də Azexport portalı vasitəsi ilə alma, yerkökü, pomidor, soğan və fındıq məhsulları üzrə ixrac sifarişləri alıb.

 

Hazırda “Ərzaq Məhsulları Tədarükü və Təchizatı” ASC Azexport üzərindən öz məhsullarını Amazon saytında yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

29.08.2017 13:39

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ