Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Poti/Batumi – Keşlə konteyner qatarı fəaliyyətə başlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Poti/Batumi – Keşlə konteyner qatarı fəaliyyətə başlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Yük sahiblərinin və yükgöndərənlərin nəzərinə.


Reklam_3_11

 

Poti/Batumi – Keşlə konteyner qatarı fəaliyyətə başlayıb.

 

“Marja” “ADY Express”ə istinadən xəbər verir ki, 20 futluq konteyner 800 dollar, 40 futluq konteyner 1000 dollar təşkil edir. Qiymətə hər şey daxildir.

 

Qatar həftədə 3 dəfə yola düşür. 900 km məsafəni 30 saata qət edir. 

 

Qeyd edək ki, Azərbaycanın yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəyini və ölkəmizin dəmir yolları üzrə yük daşıma xidmətlərinin müasir  standartlarına cavab verməli olduğunu nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC yeni struktur vahidi olan  “ADY Ekspress” MMC-ni təsis etmişdir.

 

“ADY Ekspress”  ölkəmizdə yükdaşımaların həcminin artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün  ekspeditor və iri həcimli yük sahiblərinə  onlayn xidmətlər təklif edir.

 

“ADY Ekspress” olaraq məqsədimiz Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənayə sahələri üçün geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və logistika sahəsində əlverişli şəraitin, şəffaf mühitin yaradılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində müştərilərə sifarişə əsasən hazırlanmış, iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəsi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.

29.08.2017 13:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ