Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu il Göyçayda 219 hektar sahədə çəltik əkilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il Göyçayda 219 hektar sahədə çəltik əkilib

Daha çox narı ilə tanınan Göyçayda tərəvəzçilik də ənənəvi sahələrdən sayılır. Rayondakı istixanalarda yetişdirilən məhsullar təkcə yerli bazarlarda deyil, həm də  yaxın və uzaq şəhərlərdə satılır.


Göyçay Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elçin İsmayılov deyir ki, ümumiyyətlə, Şirvan ərazisi tərəvəzçilik üçün böyük potensiala malikdir: “Amma bizdə yaxşı düyü də yetişir. Vaxtilə Çaxırlı və Kürdşaban kəndlərinin düyüsü adla deyilib”.

Reklam_3_11


Dövlətin son illər aqrar sektora daha çox diqqət ayırması, istehsalçılara  güzəştlərin tətbiqi, subsidiyaların ayrılması kənd adamlarında təsərrüfatın bütün sahələrinə, o cümlədən çəltikçiliyə marağı artırıb. Nəticədə bu il Göyçayda 219 hektar sahədə çəltik əkini aparılıb. Müqayisə üçün bildirək ki, rayonda keçən il 60, 2 il əvvəl isə cəmi 45 hektarda çəltik əkilmişdi. 


Müsahibimiz deyir ki, çəltik spesifik bitki olduğundan onun heç də hər yerdə normal məhsul verməsi mümkün deyil: “Burada iqlim şəraiti və havadan savayı,  vacib amillərdən biri də sudur. Göyçayda isə bu, problem deyil. Rayon ərazisində Göyçay çayı və Şirvan kanalı kimi su mənbələri var. Ona görə biz bu sahəyə xüsusi qayğı ilə yanaşırıq. Harada su problemi varsa, onu həll edirik”.


Rayonun əsasən Mallı-Şıxlı, Müskürlü, Yeni Arx, Çərəkə, Qızılağac, Çaxırlı, Kürdşaban və Alpoud kəndlərində çəltik əkilir. Təkcə Ərəbcəbirli kəndində 125  hektarda çəltik yetişdirilir.


E.İsmayılovun sözlərinə görə, gələn il fermerlər daha çox çəltik əkməyi və yeni sortların yetişdirilməsini nəzərdə tutublar. Rayon üçün yeni sayılan sortlardan söz düşmüşkən bildirək ki, bu il Müskürlü kəndində bir hektarda Lənkəranın yerli uzun düyüsü əkilib. Məqsəd onun bu torpaqlara nə qədər uyğunlaşmasını müəyyənləşdirməkdir. Nəticə müsbət olacağı  halda həmin sahədən götürülən toxum vasitəsilə uzun düyünün əkin sahəsi daha da genişləndiriləcək.

30.08.2017 05:28

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ