Mobil manşet üstü reklam-3_21

Balakənin fındıq bağlarından 5 min ton məhsul gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Balakənin fındıq bağlarından 5 min ton məhsul gözlənilir

Son illər Balakən rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur və bu sahəyə maraq ildən-ilə artır. Ötən il rayonda fındıq bağlarından 4 min ton məhsul tədarük olunub. Kənd əhalisi fındıq istehsalından 12 milyon manat gəlir əldə edib. Artıq rayonun fındıq bağlarında cari mövsümün ilk məhsul yığımına başlanılıb. Bu il bağlardan 5 min tona yaxın fındıq tədarük olunması gözlənilir.

 

Reklam_3_11

Bu barədə  rayon icra hakimiyyətindən məlumat verilib.

 

Rayonda yeni fındıq bağlarının salınması istiqamətində də işlər davam etdirilir. Təkcə son iki ildə Balakəndə 2 min 264 hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 7 min 930 hektar təşkil edir.

 

© Azərtac

30.08.2017 05:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ