Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Alıcı ötən ilə nisbətən azdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Alıcı ötən ilə nisbətən azdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bölgələrdə isə qurban kəsmək istiyənlər artıq bazarlara axışırlar. Hər yerdə olduğu kimi Lənkəranda da heyvanların kəsimi və satışı məntəqələrində canlanma müşahidə olunur. Amma bu canlanmaya baxmayaraq nə qədər qəribə olsa da bu il heyvanların qiymətində ucuzlaşma müşahidə edilmir. Əksinə, müəyyən qədər ucuzlaşma var.
 


Heyvanların kəsimi və satışı məntəqələrində qurbanlıqlar bol və ucuz olsa da, alıcı ötən ilə nisbətən azdır. Satıcılar ümid edir ki, bayram günlərində alıcılıq qabiliyyəti artacaq.


 
Satıcı İlkin Əmrahov: “Ətin bir kiloqramı 12 manatdır, diri çəkidə isə 6 manat. 120-130 manata 11-12 kiloluq normal qurbanlıq almaq olar. 15-16 kiloqramlıq 140-150 ilə başa gəlir.”


 
Hazırda Lənkəranda xırdabuynuzlu heyvanların satışı məntəqələrində həm yerli, həm də ətraf rayonlardan gətirilən qurbanlıqlar satılır. Qurbanlıq qoyunların diri çəkimi ötən il 5 manat idisə, bu il bir kiloqramı 6 manata alıcıya təklif olıunur.
 


Qoyun bazarında qiymətlər heyvanların çəkisinə görə 100- 250 manat arasında dəyişir. Siz hazırda bazarlarda 30 kiloqram xirdabuynuzlu heyvanı 250 manata ala bilərsiz, ama çəkisi az olan qurbanlıqların da qiyməti quzu əti olduğundan heç də ucuz deyil. Digər az çəkili qurbanlıqlar isə 140 manatdan başlayan qiymətlərlə alıcılara təklif olunur. Qurban kəsməyə imkanı olmayanlar üçünsə hazırda bazarda mal ətininin bir kiloqramı 11 manat, qoyun ətinin bir kiloqramı isə 12 manata satılır. İslam dininə görə qurban kəsən şəxsin özünün və ailəsinin adından bir qoyun kəsməsi kifayətdir. İnəyin qurbanına isə 7 nəfər şərik ola bilər.


 
Hacı Fəxri Sadıqov qurbanlıqların yaş həddinə diqqət edərək xırdabuynuzlu heyvanların yaş həddinın 6 aydan, iribuynuzlu heyvanlardan qara malın bir ildən artıq olmamasını bildirdi. Dəvənin də ən azı 3 il, 5 il arası yaşı ola bilər.

 

© ARB TV

30.08.2017 07:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ