Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Alma bağlarında məhsul azdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Alma bağlarında məhsul azdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qubalı bağbanlar avqustun ikinci ongünlüyündən etibarən alma bağlarından bu ilin ilk məhsulunun yığımına başlayıblar. Rayon bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanacaq.

 

Hazırda “Slava pobeditelyam”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarının yığımı yekunlaşmaq üzrədir. Yığılan meyvə yerli və paytaxt bazarlarında, eləcə də respublikamızın digər bölgələrində satılır.

 

Uzun illərdir meyvəçiliklə məşğul olan Əlfəddin Məhəmmədovun 1 hektar alma bağı var. Ötən il həmin bağdan 30 ton məhsul yığıb. Fermer alma bağlarında məhsuldarlığın ötən illə müqayisədə nisbətən aşağı olduğunu bildirir. Təsərrüfatçılar hazırda toplanan məhsulun bir kiloqramını 40-50 qəpiyə satırlar.

 

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov müsahibəsində bildirib ki, şimal bölgəsində tezyetişən alma sortları ümumi meyvə bağlarının çox cüzi hissəsini təşkil edir. Quba-Xaçmaz zonası üzrə ümumilikdə 22 min 32 hektar alma bağı mövcuddur. Bunun 13 min 472 hektarı Quba rayonunun payına düşür.

 

© Azərtac

30.08.2017 08:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ