Mobil manşet üstü reklam_21

“Union Lizinq” kiçilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Union Lizinq” kiçilib

 “Union Lizinq” 2017-ci ilin birinci yarısını 766,4 min manat xalis mənfəət ilə başa vurub.

 

Reklam_3_11

“Marja” Şirkətin yarımillik hesabatlarına istinadən xəbər verir ki, şirkət 2016-cı ili 427,9 min manat xalis mənfəətlə başa vurmuşdu. Yəni, şirkətin yarım illik mənfəti illik mənfəətindən çoxdur.

 

Şirkət xərclərin azaldılması nəticəsində mənfəətini artırmağa nail olub.

 

Şirkət 30 İyun 2017-ci il tarixində 5 milyon 777 min manat ödənilməmiş zərərə malik olub. 

 

Cari ilin yanvar-iyun dövründə “Union Lizinq”in əməliyyat gəliri 1 milyon 274 min manat təşkil edib.

 

Ötən ilin sonu ilə müqayisədə şirkətin aktivləri 18 milyon 347 min manatdan 16 milyon 263 min manata düşüb. Səbəb lizinq portfelinin azalmasıdır. Şirkətin öhdəlikləri isə 2 milyon 485 min manatdan 2 milyon 200 min manata geriləyib.

 

“Union Lizinq” 100% İsmayılov Abdul Rufat oğluna məxsusdur. Cəmi 4 nəfər əməkdaşa məxsus olan şirkət lizinq xidmətləri fəaliyyəti ilə məşğul olur.

30.08.2017 11:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ