Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Brent" və "WTI" neft markaları arasında qiymət spredi 10 dolları ötə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Brent" və "WTI" neft markaları arasında qiymət spredi 10 dolları ötə bilər

"Brent" və "WTI" neft markalarının qiymətindəki fərq 10 ABŞ dollarını ötə bilər. 


Bu barədə proqnoz Hollandiyanın "ING Bank" investisiya bankının analitikləri tərəfindən verilib.


Qeyd edək ki, son aylar ərzində qiymət spredi önəmli dəyişiklik göstərməyib və 2-3 dollar/barel arasında dəyişib. Lakin Meksika körfəzində yaranmış "Harvey" qasırğası spredin 5,5 dollar/barelə çatmasına gətirib çıxarıb. Bu da 2015-ci ilin yay aylarından bu günədək olan ən maksimal həddir. "ING" analitikləri bildirirlər ki, qasırğa nəticəsində ABŞ-ın Meksika körfəzi bölgəsində yerləşən bir çox neftayırma zavodu istehsal gücünü azalda bilər. Hasilat bərpa olunduqda isə neft qiymətlərinin təzyiqlə üzləşməsi mümkündür.


"ING" analitiklərinə görə, "Brent" və "WTI" markalı neft qiymətləri arasındakı spred 10 dollar/barelə yüksələ bilər. Buna səbəb kimi neft satıcılarının yerli alıcılardan xarici istehlakçılara yönəlməsi üçün müəyyən endirimlər tətbiq etməsi zərurəti göstərilir. Bank 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində spredin ikirəqəmli səviyyəyə çatacağını proqnozlaşdırır. 

 

© Report

30.08.2017 11:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ