"Texniki problemlər televiziya kanallarının daxili işidir"
Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçiddən sonra regionlarda bəzi hallarda televiziya siqnallarının itməsi məsələsinə aydınlıq gətirib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu artıq texniki məsələdir: “Bu işlə yayım sahəsində fəaliyyət göstərən qurumlar məşğul olmalıdır. Bu məsələ televiziya kanalı ilə yayımı aparan qurum arasında həll olunmalıdır. Televiziya kanalı özü maraqlı olmalıdır ki, verilişləri daim hər yerdə yayımlansın”.
N.Məhərrəmli vurğulayıb ki, televiziya kanalının yayımında texniki problemlərin olması onun daxili işidir:
“Təbii ki, əgər televiziya kanalı bilərəkdən, məqsədli şəkildə hər hansı bir ərazidə yayımı aparmırsa, artıq biz o məsələyə müdaxilə edirik. Çünki biz televiziya kanalına o ərazidə yayımı aparmaq üçün lisenziya vermişik. Amma yayımda texniki problem olursa, biz o məsələyə qarışmırıq”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
42 d. əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 49 d. əvvəl
-
1 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
1 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
2 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb