Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycanda enerji içkilərindən üç nəfər ölümcül vəziyyətə düşüb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda enerji içkilərindən üç nəfər ölümcül vəziyyətə düşüb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Spirtli içkilər və enerji içkiləri isti havalarda çox təhlükəlidir, infarkt riskini artırır.

 

Bunu Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, Türk Dünyası Kardioloqlar Birliyinin vitse-prezidenti, əməkdar həkim Firdovsi İbrahimov bildirib.

 

"Hazırda siqaretlə yanaşı, insan orqanizmi yeni bir bəla ilə qarşılaşıb. Bu da müxtəlif enerji içkiləridir. Milli Məclisdən, deputatlarımızdan enerji içkilərini aksiz markaya keçirmələrini xahiş edirik. Bu məhsulların istifadəsinin azaldılması üçün vergi artırılmalıdır. Artıq ABŞ-dan eneji içkiləri ilə bağlı ölüm xəbərləri gəlməkdədir. Bizim enerji içkilərindən ölümcül hala düşən üç xəstəmiz olub. Onları çətinliklə həyata qaytara bildik. Ölümcül aritimiyalar olur. Gün ərzində birdən artıq enerji içkisi qəbul etdikdə problem yaranmağa başlayır. Enerji içkiləri çox asılılıq yaradır. Ona görə də həyəcan təbilinin çalınması çox vacibdir. Müxtəlif adlar altında istehsal olunan eneji içkilərinin zərərliliyi baxımından heç birində fərq yoxdur. Qadınlar üçün istehsal olunduğu deyilənlər də zərərlidir, hamısı satış üçün hesablanıb. Enerji içkilərindən zərər görən xəstələr arasında qadınlar da var. Alkoqollu içkilər, siqaretlər kimi enerji içkiləri ilə bağlı reklamlar da yığışdırılmalıdır. Bu içkilərin fantastik dərəcədə satışı mövcuddur. Bəzi insanlar hətta alkoqollu içkilərlə birlikdə içir. Bu məsələ ilə bağlı vəziyyət heç ürəkaçan deyil. Əgər bu şəkildə davam edərsə, gələcək aylarda ölümlərin olacağı qaçılmazdır", həkim deyib.

 

© Report

30.08.2017 13:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ