Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Rusiyanın ən böyük özəl bankı batdı!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın ən böyük özəl bankı batdı!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanın ən böyük özəl bankı "Otkritie Bank", kredit portfeli və əmanət problemləri səbəbindən fəaliyyətini davam etdirməyəcək vəziyyətə düşdü. Rusiya Mərkəz Bankı  banka əl qoyub.


 

Rusiya Mərkəzi Bankı fəaliyyətini davam etdirməyəcək vəziyyətə gələn ölkənin ən böyük özəl bankı "Otkritie Bank"ı xilas etmək üçün hərəkətə keçərək banka əl qoyub.


 
"Marja" xəbər verir ki, aktivlərinin həcminə görə ölkənin ən böyük yeddinci bankı da olan "Otkritie", kredit portfelinin yaratdığı narahatlıqlar səbəbindən əmanətləri qaytarmaqda problemlər yaşayırdı.


 
Rusiya Mərkəzi Bankı bankı xilas etmək üçün vəsait ayıracaq. Vəsaitin məbləği açıqlanmayıb. Ayrılacaq vəsait qarşılığında Mərkəzi Bank "Otkritie Bank"ın səhmlərinin ən azı 75%-ni alacaq.


 
Bu ana qədər Rusiyada ən böyük bank xilasetmə əməliyyatı 2011-ci ildə baş vermişdi. Bu tarixdə ölkənin ən böyük beşinci bankı "Bank of Moscow"u xilas etmək üçün Mərkəzi Bank 6,7 milyard dollar xərcləmişdi.


 
Rusiyanın ən böyük özəl bankı olan və ölkə daxilində 400 filialı fəaliyyət göstərən "Otkritie Bank"ın  29 min korporativ, 163 min fərdi sahibkar və 3,4 milyon fərdi müştərisi var.

 

31.08.2017 06:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ