Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu ağıllı "ağac" bir meşəyə bədəldir!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ağıllı "ağac" bir meşəyə bədəldir!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şəhərlərdə hava çirklənməsi ilə mübarizədə həm təbii, həm də texnoloji üsullardan istifadə olunur.
 


İlk ağılagələn şəhərlərdəki yaşıl sahələrin artırılmasıdır; Lakin artan torpaq qiymətləri, sürətli urbanizasiya, betonlaşma buna hər zaman imkan vermir. Bu məqamda da texnologiya köməyə gəlir. 


 
"Marja" xəbər verir ki, "Green City Solutions" adlı bir startap tərəfindən inkişaf etdirilən kiçik "ağac" bunun bir nümunəsidir. Bu balaca "ağac", kiçik bir meşə təsirinə malikdir. Düzbucaqlı lövhə, yosunlarla örtülüdür. Yosun örtülü bu səth, havadakı azot dioksid və ozonu sora bilir.
 

Bu kiçik "ağacın" yaradıcıları, tək bir lövhənin 275 ağacın yaradacağı ekoloji fayda təmin etdiyini bildirirlər. Digər tərəfdən, tək bir lövhə 275 ağacın tutacağı sahədən 90 faiz daha az sahə tutur. Dörd metr hündürlüyündə və 3 metr qalınlığında olan bu lövhə, solar panellər ilə işləyir və eyni zamanda yağış suyunu toplayır. Qulluq məsələsində də heç bir çətinlik çıxarmırlar. 

 

Tikilinin adı "Citytree"dir. Yəni "Şəhər Ağacı". Hər bir "Şəhər Ağacı" ildə 240 ton karbon dioksidi təmizləyir. Bu texnoloji "ağaclar" bu gün dünyanın bir çox ölkələrin şəhərində istifadə olunur. Bu ölkələr arasında Norveç, Fransa, Almaniya, Belçika, Makedoniya və Honq Konq var.

31.08.2017 06:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ