Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bankın notlarına tələb təklifdən 3 dəfə çox olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın notlarına tələb təklifdən 3 dəfə çox olub

30 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100260S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.


Bakı Fond Birjasından "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 21 sifariş təqdim edilmişdir.


AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 450,174,500.00 yerləşdirilmiş həcmi isə 150 mln manat təşkil edilmişdir.


Notların ödəmə tarixi 27 sentyabr 2017-ci ildir.

31.08.2017 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ