Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Aralıq dənizi sahillərinə səyahəti AccessBank-dan kim qazandı?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aralıq dənizi sahillərinə səyahəti AccessBank-dan kim qazandı?

İsti yay günlərində Aralıq dənizi sahillərində istirahət etməyi xəyal edənlər, çoxdandır istifadə etdikləri telefonu yeni iPhone 7 ilə əvəz etmək arzusunda olanlar, sevimli videoları kompüterdə deyil rahat planşetdə izləmək istəyənlərin üzləri bu yay AccessBank-la güldü.

 

AccessBank-ın müştərilərini bu yay intizarda saxlayan “Bu yay üzünüzə güləcək” adlı lotereya başa çatdı. Lotereyada Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanılırdı. 

 

2 ay davam edən lotereyanın 2-ci tirajının qalibləri kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə bu gün bankın Baş ofisində müəyyən olundu. 2-ci tirajın nəticələrinə əsasən bu dəfə də bankın 7 Mastercard ödəniş kart sahibi dəyərli hədiyyələri qazandılar.

 

Qaliblərin müştəri kodları və qazandıqları hədiyyələr haqqında məlumatı Bankın rəsmi internet səhifəsindən əldə edə bilərsiniz.

 

Xatırladaq ki, lotereyada iştirak etmək və hədiyyələri qazanmaq üçün ölkə ərazisində və ya xaricində yerləşən istənilən ticarət-xidmət müəssisələrində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə 21 iyul – 20 avqust tarixləri ərzində nağdsız şəkildə əməliyyat etmək tələb olunurdu.

AccessBank-ın Rəqəmsal Bankçılıq üzrə İcraçı Direktoru Səbinə Qurbanovanın sözlərinə görə, lotereyanın keçirilməsində əsas məqsəd respublikamızda nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək idi. “Biz şadıq ki, yayın əvvəlində başladığımız bu lotereya müştərilərimiz arasında böyük maraqla qarşılandı. Lotereyanın nəticələrinə əsasən bankın yeni kart müştəriləri və kartlar üzrə dövriyyə xeyli artmışdır. Biz bütün qalibləri təbrik edirik və bildirmək istəyirik ki, gələcəkdə də müştərilərimizi yeni kampaniya və lotereyalar ilə sevindirməyə davam edəcəyik.”

 

Lotereya ilə bağlı daha ətraflı məlumatı Bankın rəsmi internet saytındanFacebook və twitter səhifələrindən, eləcə də 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür. 

31.08.2017 08:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ