"Vəziyyət uzun müddət bu cür davam edə bilməz”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Vəziyyət uzun müddət bu cür davam edə bilməz”

“Sentyabr ayından sonra manatın məzənnəsində müəyyən dəyişiklik gözlənilir”.

 

Reklam_3_11

Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.


Parlament üzvü deyib ki, bu, Azərbaycan Mərkəzi Bankının yürütdüyü siyasətdən və ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qəbul edəcəyi qərardan asılı olacaq:
 


“Hazırda bank sektorunda vəziyyət pisləşməkdə davam edir. Doğrudur, həyata keçirilən tədbirlər sayəsində müəyyən qədər sağlamlaşma prosesi gedib, amma bu o demək deyil ki, bank sistemində hər şey öz qaydasındadır. Sağlamlaşdırma hələ də sona çatdırılmayıb. Vaxtı keçmiş kreditlərin həcmi azalmaq əvəzinə artır. Problemli kreditlərin həcmi 1, 7 milyard manata çatıb. Kreditlər faktiki olaraq geri qaytarılmır”.


 
V.Əhmədov qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı üçün bank sistemi normal işləməlidir:


 
“İnsanların müəyyən iş qurması üçün kreditə əlçatanlıq artırılmalıdır. İstehlak kreditlərinin faizi 28-30-dan düşmür. Mərkəzi Bank kredit faizini yüksək saxlayır. Bank sistemində problem həddindən çoxdur. Palata öz fəaliyyətində ciddi dəyişikliklər etməlidir ki, sistemi sağlamlaşdırsın. Bütün bunların hamısı milli valyutanın məzənnəsinə təsir edən amillərdir. Hazırda məzənnə stabildir. Çünki Mərkəzi Bank vəziyyətə nəzarət edir. Amma vəziyyət uzun müddət bu cür davam edə bilməz”.

 

© Modern.az
 

31.08.2017 09:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ