Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Gürcüstandakı mehmanxanaların xidmət göstərdiyi əcnəbilərin 5,3%-ni azərbaycanlılar təşkil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstandakı mehmanxanaların xidmət göstərdiyi əcnəbilərin 5,3%-ni azərbaycanlılar təşkil edib

2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.


 
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, ziyarətçilərin 65,8%-i xarici ölkə vətəndaşlarıdır. Onların 24%-ni Türkiyə, 21,1%-ni Polşa, 13,8%-ni Rusiya, 18,1%-ni Almaniya, 11,8%-ni İran, 5,3%-ni isə Azərbaycan vətəndaşları təşkil edir.
 

Reklam_3_11


Ötən il xarici vətəndaşların 74,6%-i Gürcüstana istirahət, 16%-i  biznes, 1,6%-i müalicə və 7,8%-i digər məqsədlərlə səfər edib.


 
2016-cı ildə Gürcüstanın rekreasiya obyektlərində istirahət etmiş xarici ölkə vətəndaşlarının 3,6%-ni Azərbaycan vətəndaşları təşkil edib. 


 
Qeyd edək ki, Gürcüstanda 1496 mehmanxana və mehmanxana tipli müəssisə var.  Onların 99,5%-i qeyri-dövlət, 0,5%-i isə dövlət müəssisələridir.

 

© APA

31.08.2017 11:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ