Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Şimali Koreya böhranı qlobal neft ticarətinin üçdə birini təhdid edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimali Koreya böhranı qlobal neft ticarətinin üçdə birini təhdid edir


"Wood Mackenzie" məsləhət şirkətinə görə, Şimali Koreya gərginliyinin qarşıdurmaya çevrilməsi halında Çinin neft hasilatının yarısından çoxu təhlükədə olacaq.


"Marja" xəbər verir ki, şirkətin məsləhətçiləri Çərşənbə günü yaydıqları hesabatda, mümkün hərbi hərəkatın Cənubi Koreya, Yaponiya və Çinə edilən neft idxalı axınını dayandıra bilər, bu da dəniz yolu ilə həyata keçirilən qlobal neft ticarətinin 34%-ni təşkil edir.

Reklam_3_11

 

"Wood Mackenzie"dən Chris Graham "Ən pis ssenaridə Çin strateji neft ehtiyatlarından istifadə edə bilər" deyir.

 

Cənubi Koreya və Yaponiya da oxşar hərəkətə keçə bilər, iki ölkənin 90 günlük  tələbatı qarşılayacaq təcili vəziyyət üçün ehtiyatı var. Yaponiya, hərbi münaqişə vəziyyətində mümkün neft və qaz idxalında azalmaya qarşı tədbir olaraq nüvə enerjisi obyektlərini yenidən işə sala bilər.

 

Çinin daxili istehsalı ölkəni bir az vəziyyətdən çıxara bilər, ancaq əsas istehsal obyektlərinin Şimali Koreya sərhədinə yaxın olması ölkəni müdafiəsiz qoyur.

 

Qrehem "Gərginliyin dırmaşması şəraitində yerli istehsalın 58%-inin bağlanması riski var" deyir.

 

"Wood Mackenzie"yə görə, Çinin 3,95 milyon barrel gündəlik neft hasilatının təxminən 1,5 milyon barreli Şimali Çin hövzəsindən təmin olunur, ən yaxın məkan Şimali Koreya sərhədindən 200 km uzaqda yerləşir. 0,8 milyon barel isə sərhəddən 400 km məsafədə yerləşən Songliao hövzəsindən hasil edilir.

 

Asiyanın ən iri neft emalı zavodlarının yerləşdiyi Cənubi Koreya, Yaponiya və Çinə təsir edən regional bir münaqişə vəziyyətindən qlobal neft bazarı ciddi təsir görə bilər. Ancaq digər tərəfdən, ölkələr ehtiyatlarını artırmaq üçün əvvəlcədən neft alışlarını artıra bilərlər. Eyni zamanda, daha uzun məsafələr ilə neft idxalı gündəmə gələ bilər. Bu da logistika xərclərini artıracaqdır.

31.08.2017 12:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ