Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Anqola neftin qiymətinin bu il 60 dollar/barelə çatacağını düşünür

iç səhifə xəbər başlığı altı (mobil)_31
Anqola neftin qiymətinin bu il 60 dollar/barelə çatacağını düşünür

Neftin qiyməti bu ilin sonuna qədər 60 dollar/barelə çata bilər. 


RİA "Novosti" agentliyi xəbər verir ki, bu barədə Anqolanın neft naziri Xose-Mariya Botelyo de Vaskonselosa açıqlama verib.


Nazirin bildirib ki, bazardan müsbət siqnallar alınır. Vaskonselos həmçinin qeyd edib ki, OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması barədə anlaşmanı 2018-ci il mart ayının sonundan sonra uzatması barədə danışmaq üçün hələ tezdir: "Noyabr ayındakı görüş anlaşmanın uzadılıb-uzadılmamasını təhli etmək üçün yaxşı imkan olacaq".


Qeyd edək ki, Anqola Afrika qitəsinin ikinci ən böyük neft ixracatçısıdır. Ölkə gəlirlərinin 97%-ni neft ixracından əldə edir. Vyana anlaşması ilə Anqola neft hasilatını 87 min barel/gün azaldaraq 1,673 mln. barel/günə endirəcəyi barədə öhdəlik qəbul edib.

 

© Report

31.08.2017 12:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ