Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Beynəlxalq Bankın başı üstündəki "qara buludlar" dağıdıldı - proses uğurla başa çatdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın başı üstündəki "qara buludlar" dağıdıldı - proses uğurla başa çatdı

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 1 sentyabr 2017-ci il tarixində bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilmiş və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatmışdır.  Bu barədə Beynəlxalq Bankdan "Marja"ya bildirilib.

 

Reklam_3_11

Xatırladaq ki, 18 iyul 2017-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9%-ə malik kreditorlar planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixində Planın təsdiqlənməsinə dair qərar çıxarıb. 


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov prosesin nəticəsini belə şərh edib:

 

"Restrukturizasiya prosesi gözlədiyimiz kimi uğurla başa çatdı. Bu prosesin həyata keçirilməsi bankın uzunmüddətli dayanıqlığının təmin olunması baxımından həlledici addım idi. Hazırda bankın problemli aktivlərinin müəyyən hissəsinin Aqrarkredit təşkilatına ötürülməsi istiqamətində yekun tədbirlər həyata keçirilir. Hər iki addım bankın kapitallaşmasını, mənfəətliyini və maliyyə bazarında dayanıqlığını təmin edəcək. Bütün bunlar bankın özəlləşməyə açıq elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə də imkan verəcək". 


Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 11 may 2017-ci il tarixindən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi rayon məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaqdır.

01.09.2017 18:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ