Düşən neft Məkkəyə investisiyanı artırıb!


 
Bu il dünya üzrə 1,75 milyondan artıq Müsəlman həcc vəzifələrini yerinə yetirmək üçün müqəddəs torpaqlara axın edərkən, Səudiyyə Ərəbistanı buraya 80 milyard dollardan çox investisiya qoyur.


 
"Marja" xəbər verir ki, bu investisiyanın ən böyük səbəbi düşən neft qiymətləridir. 2008-ci ildə bareli 143 dollar səviyyəsində olan neft 2016-ci ilin Yanvar ayında 28 dollar ilə dib səviyyəsini görmüşdü. Brent neft bu il isə 44 dollar ilə ilin ən aşağı səviyyəsini görməsinin ardından son günlər 50 dollar ətrafında ticarət olunmaqda davam edir.


 
Neft qiymətlərindəki bu sərt azalmalar, dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı iqtisadiyyatı üçün də çətinliklər yaradır.


 
Düşən neftin yaratdığı gəlir itkisini kompensasiya etmək istəyən Səudiyyə hökuməti neftdən sonrakı ən böyük ikinci gəlir mənbəyinə investisiya edir.


 
Bu çərçivədə hökumət Məkkədə dünyanın ən böyük otelini inşa edir. Bununla da kifayətlənməyən Səudiyyə hökuməti, Məscid-i Haramı 7 milyon Müsəlmanı qəbul edəcək şəkildə genişləndirmə işlərini davam etdirir.

2 Sentyabr 2017 , 13:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin