"Rahat Market": İşçilərin aylıq yemək xərcini maaşlarına əlavə etmişik
"Rahat" supermarketlər şəbəkəsinin işçilərinə yemək verilişini dayandırması və bunun qənaət rejiminin tətbiqi ilə bağlı olması haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə a "Rahat" supermarketlər şəbəkəsi mətbuatda şəbəkə haqqında səslənən ittihamlara cavab verərkən bildirib.
"Rahat" marketlər şəbəkəsinin rəhbərliyi bu addımı məhz işçilərin şikayətləri əsasında atıb. Belə ki, uzun müddət ərzində şirkətimiz bir neçə çatdırılma şirkəti ilə əməkdaşlıq edib. Lakin hər dəfə yeməyin keyfiyyətinin aşağı olması, menyuda çeşid zəifliyi, sifarişin vaxtında çatdırılmaması və bu kimi digər səbəblər haqlı olaraq əməkdaşlarımızın narazılığına səbəb olurdu. Marketlərdə çalışan işçilərimizin təklifini əsas tutaraq biz aylıq yemək xərcini onların maaşlarına əlavə etmişik", - deyə ticarət şirkətindən bildirilib.
Həmçinin qeyd olunub ki, qiymətlərdə müştərilərin aldadılması ilə bağlı yayılan xəbərlərin də heç bir əsası yoxdur: "Kassa və rəf arasında olan qiymət fərqinə gəldikdə, əməkdaşlıq etdiyimiz bütün kütləvi informasiya vasitələrində dəfələrlə məlumat vermişik ki, bu cür hala rast gəlinərsə, müştəri ən ucuz qiyməti ödəyir. Eyni mətnli plakatlar da bütün filiallarımıza vurulub".
Ayrıca, müştərinin rastlaşdığı istənilən problemlə bağlı dərhal *5551 nömrəli Qaynaq Xəttinə məlumat verilməsi xahiş olunur.
Qeyd edək ki, bir sıra yerli KİV-də şəbəkənin işçilərinə indiyədək təmin etdiyi nahar yeməyini dayandırması və müştərilərin qiymətlərdə aldadılması ilə bağlı məlumatlar yayılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
10 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
13 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
14 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 17 saat əvvəl
- 17 saat əvvəl