Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Valyuta ehtiyatlarımız 3 milyard 600 milyon dollar artıb”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Valyuta ehtiyatlarımız 3 milyard 600 milyon dollar artıb”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Kənd təsərrüfatının inkişafı ölkəmiz üçün önəmlidir”.

 

 
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.


 
Dövlət başçısı deyib ki, bu sahədə qəbul edilən dövlət proqramları kənd təsərrüfatı sahəsinin şaxələndirilməsinə geniş imkanlar açacaq: “Ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağıl ölkədə mühüm işlər görülür. Hazırda əsas ərzaq məhsullarına olan tələb ödənilir”.


 
Prezident İlham Əliyev çıxışında regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının əhəmiyyətindən danışıb: “Bu proqramlar bölgələrin inkişafına güclü təsir edib. Təsadüfi deyil ki, son illər 20-dən çox elektrik stansiyası tikilib, ölkə üzrə qazlaşma 93 faizə çatıb, 11 min kilometrdən çox yol salınıb, sosial infrastruktur məsələlərinə böyük diqqət göstərilib. 3 mindən çox məktəb, 600-dən çox  tibb mərkəzi inşa olunub. Ölkədə işsizlik kəskin azalaraq 5 faiz həcminə düşüb, 1 milyon 600 min yeni iş yeri yaradılıb. Son illər sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlər verilib. Bu ilin 7 ayında valyuta ehtiyatları 3 milyard 600 milyon dollar artıb”.


 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda çayçılığın, çəltikçiliyin və sitrus meyvələrin yetişdirilməsinin böyük ənənələri var və keçirilən müşavirə bu sahənin inkişafına böyük təkan verəcək.

 

© APA

03.09.2017 12:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ