Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qəbələdə meşə yanğınları yeni ərazilərə keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qəbələdə meşə yanğınları yeni ərazilərə keçib

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə ETSN və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.
Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.


Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-in 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

03.09.2017 12:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ