Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Əhali məhsuldar kolları qıraraq oduncaq kimi istifadə etdi”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Əhali məhsuldar kolları qıraraq oduncaq kimi istifadə etdi”

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev  Astarada çayçılığın sıradan çıxmasına toxunub.

 

İcra başçısı, Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib ki, ötən əsrin 70-80-ci illərində çayçılıq Astara rayonunda ən yüksək inkişaf mərhələsinə çatmış, 3 min hektar çay plantasiyasından 7 min tona qədər məhsul istehsal edilmişdi. Həmin dövrdə çay plantasiyalarında işləyənlərin sayı 12 min nəfərdən çox olmuşdu. 1990-cı illərin əvvəllərində diqqətdən kənarda qalan çay sahələri tədricən sıradan çıxmışdır:

 

“Torpaq islahatı aparılan zaman çayçılıq üçün əlverişli olan torpaqlar sakinlərə pay torpağı, çay kolları isə əmlak kimi verilmişdir. Pay torpağından tədarük etdiyi yaşıl kütləni təhvil verməyə yer tapmayan mülkiyyətçi çox əziyyətlər bahasına başa gəlmiş və məhsuldarlığının ən yüksək mərhələsində olan kolları qıraraq oduncaq kimi istifadə etmişdir. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinimizin çalışdığı plantasiyalardan 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur”.

03.09.2017 15:57

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ