Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Astaraçay” torpaqların könüllü birləşdirilməsini istəyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Astaraçay” torpaqların könüllü birləşdirilməsini istəyir

Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

 

Müşavirədə “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, digər sahələrdən fərqli yanaşma tələb edən çayçılığın inkişafı ilə bağlı bir sıra məsələləri qeyd edib.

 

O bildirib ki, çay çoxillik bitkidir, hər torpaqda bitmir: “Əkiləndən 7 il sonra məhsuldarlığa çatır və ilk illərdə daha çox qulluq tələb edir. Torpağında çay əkən kəndli yeddi il sonra gəlir əldə edə bilər. Odur ki, əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması, torpaq sahiblərinin öhdəliklərinin hüquqi əsaslarının tənzimlənməsi məqsədəuyğun olardı. Əminliklə deyə bilərəm ki, belə əhəmiyyətli addımların atılması qarşıda duran məsələlərin həllini tapmasında, bu sektorun iqtisadiyyatın gəlirli sahələrdən birinə çevrilməsində imkanlarımızı artıracaq”.

 

Çay, düyü, sitrus meyvələri istehsal edən “Astaraçay”, Astara rayonunda 340 nəfər, Lənkəran rayonunda 418 nəfər, Biləsuvar rayonunda isə 70 nəfər üçün daimi iş yeri yaradıb.

03.09.2017 16:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ