Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Oğuz meşəsində baş verən yanğın tam söndürülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Oğuz meşəsində baş verən yanğın tam söndürülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının əziyyəti və fədəkarlığı sayəsində, o cümlədən FHN-in işçilərinin səyləri nəticəsində ötən gecə saat 4 radələrində tam olaraq söndürülüb.


Bu barədə  ETSN-in mətbuat xidmətindən bildirilib.  


Məlumata görə, Qəbələ MMBM-nin Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində isə yanğın nəzarətə götürülüb, onun tam söndürülməsi üçün ETSN-in və FHN-in hadisə yerində olan canlı qüvvəsi və texnikası operativ tədbirləri davam etdirir.


Hazırda Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə gərgin iş gedir, yanğının qarşısının alınması üçün fədakarlıq göstərilir. Bu gün operativ səhər toplantısında meşəçilər bu xətdən geri çəkilməyəcəklərinə və var qüvvələri ilə alovu dayandıracaqlarına söz veriblər.


Xatırladaq ki, hadisə yerində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların 350-yə yaxın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələri və texnikası yanğının qarşısını almağa çalışırlar. Qeyd olunduğu kimi yanğın zolağı yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir, mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtıllı traktorlar vasitəsi ilə su çənləri qaldırılır, əl əməyindən istifadə olunaraq vedrə və su tutumu olan qablarla söndürmə işləri aparılır. Təxirəsalınmaz və operativ tədbirlər bu saatlarda da davam etdirilir.

04.09.2017 12:12

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ