Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fiat bölünməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fiat bölünməyə hazırlaşır

Fiat Chrysler, satış üçün istədiyi təklifi tapmadığı üçün bölünməyə hazırlaşır. Avtomobil ehtiyatı hissələri istehsal edən Magneti Martelli, lüks seqment markalar olan Alfa Romeo və Maserati qrupdan ayırıla bilər.  


 

Reklam_3_11

Fiat Chrysler uzun vaxtdır birləşmək üçün şirkət axtarırdı. Lakin belə bir şirkəti tapmadığı üçün əməliyyatlarını bölməyi planlaşdırır.


 
"Marja" xəbər verir ki, Şirkətin İcraçı direktoru Sergio Marchionne bir müddətdir ki, verdiyi bəyanatlarda Fiat Chrysler üçün  təkliflər gözlədiklərini bildirirdi, ancaq İtalyan - Amerikan tərəfdaşlığına ciddi bir tələklif verilmədi. Buna görə şirkət bölünəcək.


 
Sergio Marchionne Alfa Romeo və Maserati kimi lüks markaların hələ müstəqil olmağa hazır olmadığını deyib.


 
Fiat Chrysler Automotive-in (FCA) daha əvvəl Çinli istehsalçılar Guangzhou, Dongfeng və Great Wall Motor satılacağına dair açıqlamalar verilmişdi.


 
 4.2 MİLYARD AVRO BORC "ƏRİDİLƏCƏK"


 
İlk təxminlərə görə, FCA-nın nəzdində olan və müxtəlif markalara ehtiyat hissələri istehsal edən Magneti Marelli ilə bərabər, gələcəkdə Maserati və Alfa Romeonun ayrılma ehtimalı üzərində dayanılır.


 
Analitiklərə görə, Fiat-ın lüks maşın seqmentinin 7 milyard avro, Magneti Martelli və digər idarələrin də 5 milyard avro həcmində dəyəri olduğu güman edilir.


 
2019-ci ilin ilk yarısında Fiat Chrysler-dəki vəzifəsindən çıxacaq 65 yaşlı Marchionne tezliklə 5 illik yekun planın hazırlanması ilə məşğul olur. Fiat-ın əsas hədəfi gələn ilin sonu etibarilə 4.2 milyard avro həcmində borcunu əritmək və  gəlir əldə etməkdir.


 
Şirkətlərin ayrılmasının Fiat-ın xalis mənfəətinin 8 faiz həcmində azalmasına səbəb olacağının gözlənilməsinə baxmayaraq borclarının 38 azalacağı bildirilir.

04.09.2017 20:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ