Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İcra Hakimiyyətindən iş adamlarına "iş quraq" dəvəti

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcra Hakimiyyətindən iş adamlarına "iş quraq" dəvəti

Hərtərəfli şərait yaradılacaq


 

Şirvan Şəhər İcra Hakimiyyəti respublikada və respublikadan kənarda yaşayan iş adamlarını və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri iş qurmağa dəvət edir.

 

İcra Hakimiyyətinin elanında bildirilir ki, Şirvan şəhəri Bakı şəhərindən cənubqərbə avtomobil yolu ilə 120 km məsafədə, əsasən Şirvan düzündə, Kür çayının şərq sahilində yerləşir.

 

Respublikanın cənub, cənub-qərb və şimal bölgələrini birləşdirən avtomobil və dəmir yolları, Kür çayı vasitəsilə su yolu Şirvan şəhərindən keçir. Şəhər Sabirabad, Salyan və Hacıqabul rayonları ilə həmsərhəddir. Şəhər iqtisadiyyatının əsasını neft, qaz, energetika və digər sənaye sahələri təşkil edir.

 

Yeni istehsal və emal müəssisələrinin, müasir tipli istixanaların yaradılması üçün real imkanlar vardır.

 

Müraciət edən iş adamlarına öz biznes planlarını həyata keçirmək üçün Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən hərtərəfli şərait yaradılacaqdır. Əlaqə telefonu: (02121) 5-11-11.  

05.09.2017 05:01

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ