Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bitcoin kəskin ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitcoin kəskin ucuzlaşdı

1 Sentyabr günü 5000 dollara qalxan Bitcoin yenidən kəskin ucuzlaşıb. Hazırda (07:30) Bitcoin 4180 dollardan ticarət olunur.


 
Kəskin azalma Bitcoin-dən sonra ən böyük virtual pul vahidi Etheryumda da baş verir.  1 Sentyabrda 394,78 dollara qalxan Etheryum bu gün 280 dollara düşüb.  

 

"Marja" xəbər verir ki, sərt ucuzlşamanın səbəbi Çin Mərkəzi Bankının bu gün verdiyi açıqlamadır. Bank, virtual pul dünyasında son zamanlar olduqca önəmli yer tutan və bir növ virtual pul ilə xalqa təklif sistemi olan ICO-nun qanunsuz olduğunu açıqlayıb. Bank açıqlamasında həmçinin bu cür işləri görənləri cərimələyəcəyini də qeyd edib. Bu açıqlamadan sonra virtual pul vahidləri süquta keçib.

 

ICO NƏDİR?


 
ICO, blockchain və virtual pul texnologiyalarını ehtiva edən layihələrdə sahibkarların başlanğıc investisiyanı təmin etdikləri bir növ xalqa açılmağa verilən ad kimi tanınır. Xüsusilə, blockchain anlayışının yayılması, Bitcoin və Etheryum kimi virtual pulların istifadəsinin artması ilə birlikdə ortaya çıxıb.


 
Xalqa təklif (İlkin kütləvi təklif) - yəni IPO və virtual pul ilə xalqa təklif  - yəni ICO bir-birinə bənzər olsalar da, bir-birindən əhəmiyyətli fərqləri var. Hər ikisi də bir kütlənin sərmayəsilə bir layihə həyata keçirməyi və yaranan dəyərdən investorlara pay vermək üzərində qurulmuşdur. Ancaq IPO investorları adətən daha böyük sərmayəçilər olduğu halda ICO ilə bir layihəyə 100 dollar da investisiya etmək olar. Digər bir fərq isə ICO  nəticəsində investora pul deyil, "virtual pul" verildiyindən ICO bir çox ölkə qanununa tabe deyil. 

05.09.2017 05:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ