Ən yuxarı (mobil)-2_30

Qızılın qiyməti son bir ili ən yüksək səviyyəsi yaxınlığında qalır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti son bir ili ən yüksək səviyyəsi yaxınlığında qalır

Qızılın unsiyasının qiyməti, ABŞ Prezidenti Donald Trumpın, Şimali Koreyanın nüvə sınağının ardınca Cənubi Koreya ilə milyardlarla dollar məbləğində silah satışı məsələsində razılığa gəlməsinin ardından son bir ili ən yüksək səviyyəsi yaxınlığında qalır.


 
"Marja" xəbər verir ki, Bazar ertəsi günü  qızılın qiyməti unsiyası 1339.81 dollara qalxaraq  2016-cı ilin Sentyabr  ayından bu yana ən yüksək səviyyəsini görməsinin ardından çox dəyişməyərək, Bakı vaxtı ilə saat 08:30-da 1337 dollar səviyyəsində olub.


 
Qiyməti metal  keçən həftə 2.6 faiz qalxmışdı.
 
 
 Ağ Evdən verilən məlumata görə, Trump və Cənubi Koreya lideri Mun, əllərindəki bütün imkanlardan istifadə edərək, Şimali Koreya üzərindəki təzyiqi maksimum səviyyəyə çıxarmaq məsələsində razılaşmışdır.


 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Bazar ertəsi günü Şimali Koreya problemini müzakirə etmək üçün toplanmışdı.


 
"ABŞ heç vaxt müharibə istəmir, ancaq ölkəmizin səbri də tükənməz deyil",-  ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəsi Nikki Haley bildirib.

 

Bu həftə qızılın unsiyasının qiymətinin 1375 dollaradək qalxacağı gözlənilir.

05.09.2017 06:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ