Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ Prezidenti Cənubi Koreyaya silah satışına razılıq verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
 ABŞ Prezidenti Cənubi Koreyaya silah satışına razılıq verib

ABŞ Prezidenti Trump, Şimali Koreyanın hidrogen bombası sınağı ilə əlaqədar olaraq Cənubi Koreya Prezidenti Mun və Almaniyanın Baş Naziri Merkel ilə telefonda danışıb.



 
ABŞ Prezidenti Donald Trumpın, Cənubi Koreyanın raket daşıma gücü üzərindəki məhdudiyyətlərin qaldırılmasına və bu ölkəyə milyardlarla dollarlıq yeni silah satışına razılıq verib.


 
"Marja" xəbər verir ki, Ağ Evdən verilən iki ayrı yazılı açıqlamada, Trumpın, Şimali Koreyanın 3 Sentyabrdakı hidrogen bombası sınağına dair Cənubi Koreyanln Dövlət başçısı Moon Jae-in və Almaniyanın Baş naziri Angela Merkel telefon danışıqları apardığı, liderlərin Şimali Koreya təhlükəsinə qarşı birgə davranış içində olunduğu bildirilib.


 
Trump-Moon danışığında Şimali Koreyanın bütün dünyaya qarşı bir təhdid yaratdığı qeyd edilib. "İki lider, əllərindəki bütün vasitələrdən istifadə edərək Şimali Koreya üzərindəki təzyiqinin artırılması məsələsində razılaşın" -açıqlamada bildirilir.
 
 
 Açıqlamada, ABŞ ilə Cənubi Koreya arasında birgə hərbi gücün  artırılmasının da gündəmə gəldiyi qeyd edilərək, "Prezident Trump, Cənubi Koreyanın raket daşıma gücü üzərindəki məhdudiyyətlərin qaldırılması məsələsində prinsipdə razılıq verib. Eyni zamanda, Trump, ABŞ-dan Cənubi Koreyaya milyardlarla dollarlıq silah satışı məsələsində də konseptual olaraq razılıq verib" məlumatı verilib.

 

Trump ilə Merkel arasındakı danışığa dair açıqlamada isə "Hər iki lider, Şimali Koreyanın davam edən biganə və təhlükəli addımını pisləyiblər",- deyə bildirilib. 


 
Danışıq zamanı  Şimali Koreyaya qarşı bütün variantların masada olduğu qeyd olunub.


 
Şimali Koreya 3 Sentyabr günü qitələrarası balistik raket uyumlu hidrogen bombası sınağı etdiyini bildirmişdi. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMGK) məsələ ilə bağlı təcili iclas çağırmışdı.

05.09.2017 07:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ