Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Əmlak bazarındakı durğunluq qalacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Əmlak bazarındakı durğunluq qalacaq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq.

 

“Marja” xəbər verir ki, bunu tanınmış iqtisadçı Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur.

 

“Son zamanlar mənə Bakıda və bütövlükdə ölkəmizdə mənzillərin qiymətinin necə dəyişəcəyi ilə bağlı çoxlu suallar ünvanlanır. Xatırlayırsınızsa 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu bildirmişdim. Xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir. Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir. Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır. Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq. Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.

06.01.2017 14:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ