Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollar ilə bağlı kritik məlumat açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ilə bağlı kritik məlumat açıqlandı

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlandı.

 

“Marja” xəbər verir ki, Dekabrda ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 156 min məşğulluq yaradıb. Məşğulluğun 175 min olacağı gözlənirdi.

 

Dekabrda işsizlik göstəricisi isə 4,7%-ə qalxıb. İqtisadçılar da işsizliyin 4.7%-ə qalxacağını gözləyirdilər. Noyabrda ABŞ-da işsizlik 4,6%-ə düşmüşdü.

 

ABŞ-da saatlıq maaşlar illik 2,9% artıb. Proqnoz 2,8% idi. 

 

Bunlardan başqa Noyabr ayına dair kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 178 mindən 204 minə dəyişdirilib. Orta saatlıq maaşlar da aylıq müqayisədə 0.4% ilə gözləntiləri aşıb. Gözlənti 0.3% artım idi. Ölkədə işçi qüvvəsinə qatılma nisbəti dəyişməyərək 62.7%-də qalıb.

 

Qlobal bazarlar məlumatı sakit qarşılayıb. Saatlıq maaşlardakı müsbət meyl önə çıxır. Analitiklər açıqlanan məlumatın Fed-in mövqeyinə təsir etməyəcəyini bildirirlər. Fed-in bu il ən azı 3 dəfə faiz artıracağı gözlənilir. Bu səbəbdən dollar bahalaşmaqda davam edir.

 

Məşğulluq və maaş göstəricisi, məşğulluq bazarının 2017-də istehlakçı xərclərini dəstəkləməyə davam edəcəyini göstərir. Məşğulluq bazarı ümumi mənada yaxşılaşır. Bu il də maaşlarda artımın davam edəcəyi gözlənilir.

 

NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?


 
Bu məlumat, Fed-in Dekabr ayındakı faiz artırmasından sonra ilk, Obama dövründə açıqlanan son kənd təsərrüfatı xaric məşğulluq göstəricisidir. Fed-in faizi artırdığı Dekabr ayının protokolları məşğulluğun rəsmilər üçün əsas məsələlərdən biri olduğunu göstərmişdi. İşsizlik nisbəti geriləməyə davam edərkən FOMC üzvləri məşğulluq bazarında həddən artıq "qızma" baş verib vermədiyini müzakirə edir.


 
FED ÜÇÜN NƏ QƏDƏR YETƏRLİDİR?


 
Fed, məşğulluq bazarının gəldiyi nöqtədə həddindən artıq "qızmasından" narahatdır.  Yellen məşğulluqda vəziyyətin güclü olduğu fikrindədir. Fed sədri, ABŞ iqtisadiyyatının ayda 100 min yeni məşğulluq yaratmasının yetərli olduğunu söyləmişdi. Fed rəsmisi Uilyamsa görə isə 80 min də kifayətdir.

 

 

Kənd təsərrüfatı xaric məşğulluq - kənd təsərrüfatı xaricində son ay ərzində çalışan insanların sayındakı dəyişiklikləri müəyyən edir. Yuxarı istiqamətdə bir tendensiya (proqnozdan yüksək rəqəm) ölkənin pul vahidinə müsbət təsirə malikdir. İş yerləri, insanların qazanc əldə etməsi və müvafiq olaraq istehlakın artması Ümumi Daxili Məhsula müsbət təsir edir.

 

DOLLAR BAHALAŞIR

 

Məlumatın açıqlanmasından sonra, Dollar Avro qarşısında cüzi bahalaşıb.

06.01.2017 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ